Kökündən qoparılanlar

Keçən il Bakıya qayıdanda uşaqlığımın böyük hissəsini keçirtdiyim bina və həyət artıq yox idi. Onun yerində hasara alınmış və ekskavatorların qazdığı yekə bir çuxur — bütün xatirələrimin və mənə doğma olan yerlərin qeyb olduğu bir boşluq — var idi.

Mənbə: Baku Pages

[..] Məkanlar — binalar, rayonlar, şəhərlər, ölkələr — sadəcə daş və əhəngdən ibarət sığınacaqlar deyil. Bu yerlərdə — zalda rəqs edib, küçədə parada toplaşıb, yataq otağında sevişib, mətbəxdə ziyafət hazırlayıb — yaşadığımıza görə hər bir məkan özlüyündə müəyyən səslər, qoxular, hisslərlə dolur və həmin anları necə yaşadığımızın təcəssümünə çevrilir. Köhnə sinif otağına daxil olanda lövhədə təbaşirin iyi sinif yoldaşlarımızın və orada keçən dərslərin, eləcə də sıxıntılarımızın və arzularımızın xatirələrini vərəqləməyə bizi vadar edir.

Kökündən qopma şoku insanın emosional ekosisteminin tamamilə və ya qismən dağıdılmasına cavab olaraq yaranan travmatik stres reaksiyasıdır.

Abdulla Tukay və Nazim Hacıyev küçələri üzrə keçmiş Montindən görüntülər

--

--

PhD Student, Teachers College, Columbia University #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert

Get the Medium app

A button that says 'Download on the App Store', and if clicked it will lead you to the iOS App store
A button that says 'Get it on, Google Play', and if clicked it will lead you to the Google Play store
Abbas Abbasov

PhD Student, Teachers College, Columbia University #highered #access #internationalization #postSoviet l lifelong learner, curious educator, outgoing introvert